İlk dəfə: “Meymun B” virusu aşkar edildi
    • 4-04-2024, 16:59
    • 391

İlk dəfə: “Meymun B” virusu aşkar edildi

Honq-Konq Sağlamlığı Mühafizə Mərkəzinin verdiyi açıqlamaya görə, 37 yaşlı şəxs hərarət və huşunu itirmə şikayətləri ilə martın 21-də Tsuen Van şəhərində xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, fevralın sonunda Kam Şan Milli Parkına səfəri zamanı vəhşi meymunun hücumuna məruz qalan bu şəxsdə beyin-onurğa mayesinin analizi nəticəsində "Meymun B" virusu aşkarlanıb. 

Açıqlamada sözügedən şəxsin vəziyyətinin hazırda ağır olduğu və müalicəsinin xəstəxananın reanimasiya şöbəsində aparıldığı, iş üzrə araşdırmaların davam etdirildiyi bildirilib.

Günel Məlikzadə