Maska xəbərdarlığı
    • 4-04-2024, 21:15
    • 367

Maska xəbərdarlığı

Ətraf mühit üzrə ekspert Prof. Dr. Mustafa Öztürk Ankarda avtomobil təkərləri və tullantıların olduğu ərazidə baş verən yanğının ətraf mühitə təsiri ilə bağlı açıqlamalar verib.

News24.az xəbər verir ki, təkərlər idarə olunmadan yanan zaman ağır metallarla yanaşı, üzvi çirkləndiricilərin də tüstü və duman şəklində ətrafa yayıldığını izah edən Öztürk dedi: 

"Bu çirkləndiricilərin tərkibində qalıcı və kanserogen üzvi maddələr var. İstifadə olunan təkərlər təsadüfi, yəni nəzarətsiz yanarsa, kanserogen çirkləndiricilər ətraf mühitə səpələnir. Bu səbəbdən də hökm sürən külək şəhər istiqamətində yayılan çirklənmə zonasında yaşayanlar pəncərələrini bağlamalı, imkan daxilində çölə çıxmamalı, çıxsalar Xüsusilə maskasız gəzməməlidir”.

Günel Məlikzadə