-
- 4-04-2024, 21:45
- 229
Bu ölkə Rusiya sərhədindəki keçid məntəqələrini bağlayır
Finlandiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada, "Hökumət Rusiya sərhədindəki keçid məntəqələrinin aprelin 15-dən etibarən bağlı qalmasına qərar verib" deyildi.
News24.az xəbər verir ki, Haapasaari, Nuijamaa və Santio limanları da aprelin 15-dən qeyri-müəyyən müddətə turist gəmiləri üçün bağlanacaq.
Son illərdə Suriya və Somali kimi ölkələrdən gələnlərin sayının artmasının ardından ötən ilin sonunda Rusiya ilə quru sərhədlərini bağlayan Finlandiya bu tədbirlərlə ölkəyə qeyri-qanuni immiqrant axınının qarşısını almağı hədəfləyir.
Bəyanatda Finlandiyaya qeyri-qanuni mühacir axınının davam edəcəyi təqdirdə bunun Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhlükə yaradacağı vurğulanıb.
Günel Məlikzdə