Niyə Amerikadakı səfirliyi bombalamırsınız? - Siyavuş Novruzov
    • 5-04-2024, 11:27
    • 130

Niyə Amerikadakı səfirliyi bombalamırsınız? - Siyavuş Novruzov

Məni narahat edən bu proseslərdə İranın susqunluğudur. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov deyib. 

«İran İslam Respublikasının susqunluğu məni narahat edir. İran niyə susur? 44 günlük müharibədə sərhədə öz hərbi qüvvələrini yığmışdı. Deyirdi ki, Zəngəzura daxil olmaq olmaz, bu, İranın sərhədinin pozulmasıdır. İran parlamentində deputatlardan biri durub deyir ki, Azərbaycandakı İsrail səfirliyini bombalamalıyıq. Birincisi, səfirliyi bombalamaq beynəlxalq hüququn pozulmasıdır. İkincisi, İsrailin bir çox ölkədə səfirliyi var. Niyə Amerikadakı səfirliyi bombalamırsınız? Biz nə qədər münasibətləri düzəltməyə çalışsaq da, İran bunu zədələyir»,- deyə,deputat fikirlərini davam etdirib.