Azərbaycanlı aktyorun evi uçdu - FOTOLAR
    • 5-04-2024, 11:45
    • 170

Azərbaycanlı aktyorun evi uçdu - FOTOLAR

Aktyor, şoumen Eldar Bağırbəyovun evi uçub. 

News24.az bildirir ki, aktyor bu haqda  sosial mediada məlumat yayıb. O bildirib ki, Yasamal rayonu ərazisində yerləşən ev yararsız hala düşüb. Hamamda tavan çökərək, digər evlərə də ziyan vurub. 

Evinin ayaqyolusunun belə yararsız halda olduğunu vurğulayan E.Bağırbəyov müvafiq qurumlardan yardım istəyib. 

Qeyd edək ki, E.Bağırbəyov Dövlət Akademik Rus Dram Teatrının aktyoru olub. O, eyni zamanda Birinci Qarabağ Müharibəsi qazisidir.

Könül