-
- 5-04-2024, 12:58
- 240
"Bu şəxslərin maaşının artırılmasına ehtiyac var" - Deputat
Mədəniyyət sahəsində çalışan şəxslərin aylıq gəliri sosial yardım alanlarla eynidir. Bu sahədə çalışan şəxslərin maaşının artırılmasına ehtiyac var.
News24.az xəbər verir ki, bunu Milli Məclisin aprelin 5-də keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
«Ölkədə kitabxanalarda, muzeylərdə, Heydər Əliyev mərkəzlərində əmək haqqı minimum əmək haqqı qədərdir. Rəhbərlər üçün 500 manat, işçilər üçün 350 manatdır. Heydər Əliyev mərkəzləri və digər mərkəzlərdə tədbirlər keçirilir. Ancaq bir qəpikdə pul ödənilmir. Təklif edirəm ki, Heydər Əliyev mərkəzlərində keçirilən tədbirlər üçün ödəniş edilsin. Deyilir ki, Heydər Əliyev mərkəzində hər şey üçün pul almaq Heydər Əliyev adına yaraşırmı? Bəs, Heydər Əliyev mərkəzində çalışanların minimum əməkhaqqı alması Heydər Əliyev adına yaraşırmı? Əlbəttə ki, yox», - deyə deputat fikirlərini yekunlaşdırıb.
Qumral