Polşadan İsrailə nota
    • 5-04-2024, 20:30
    • 150

Polşadan İsrailə nota

İsrailin World Central Kitchen yardım təşkilatının 7 əməkdaşını öldürməsi ilə bağlı böhran davam edir.

News24.az xəbər verir ki, Polşa Xarici İşlər Nazirinin müavini Andjey Szejna Qəzzada Polşalı bir yardım işçisinin öldürülməsinə görə İsrail səfirinə etiraz notası verdiklərini bildirib.

Szejna səfirin üzr istədiyini və hücuma görə məsuliyyət daşıyan əsgərlərə qarşı intizam tədbirlərinin görülməsini tələb etdiklərini bildirib.

"Polşa prokurorluğunun İsraildəki istintaqda iştirakını istəyirik" deyən Szejna, indiyə qədər verilən məlumatların qənaətbəxş olmadığını, lakin tonda bir dəyişiklik olduğunu qeyd etdi. O əlavə edib ki, İsrail səfiri Polşadan deportasiya edilməyəcək.

Günel Məlikzadə