Əməkdar artist: "Araşdırdım, texniki səhv imiş"
    • 5-04-2024, 18:49
    • 759

Əməkdar artist: "Araşdırdım, texniki səhv imiş"

Əməkdar artist Qoçaq Əskərov barəsində inzibati işin başlanılması ilə bağlı məsələni araşdırıb.

News24.az bildirir ki, xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Nizami Rayon Məhkəməsindən ona cərimənin ödəndiyi bildirilib:

"Dedilər ki, ödəmisənsə, heç bir problem yoxdur. Yəni, bununla bağlı məlumatın sistemdə görünməsi texniki səhv olub". 

Qeyd edək ki, xanəndə Qoçaq əsgərov İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilməsi ilə bağlı məlumat vermişdik. 529.3-cü maddədə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.