"Traktor"un oyununda rekord: stadiona bu qədər azarkeş gəlib
    • 5-04-2024, 18:56
    • 144

"Traktor"un oyununda rekord: stadiona bu qədər azarkeş gəlib

İran çempionatının 16-cı turunda keçirilən "Traktor" - "Sepahan" matçını (0:0) rekord sayda azarkeş izləyib.

News24.az publika.az-a istinadla xəbər verir ki, Təbrizdəki "Səhənd" stadionda keçirilən matçı 100 mindən çox azarkeşin canlı izlədiyi bildirilib. Bunun klub tarixinin ən yüksək göstəricisi olduğu deyilir. Bu barədə "Traktor" klubunun rəsmi saytı məlumat yayıb.

Cənubi Azərbaycan təmsilçisinin mətbuat xidməti bu statistikaya əsasən, "Traktor"un Asiyanın ən populyar və ən çox azarkeşi olan klub olduğunu iddia edib.

Maraqlıdır ki, rəsmi mənbələrdə "al qurdlar"ın ev oyunlarını keçirdiyi "Səhənd" stadionunun tamaşaçı tutumu 85 min nəfər olduğu bildirilir.

Qeyd edək ki, "Traktor" 39 xalla İran çempionatının 3-cü pilləsində qərarlaşıb. Lider "İstiqlal"ın 46 xalı var.