-
- 6-04-2024, 09:02
- 489
Yeni virus: Danq qızdırması
Cənubi Amerika ölkəsi Argentinada dang qızdırması hallarının artması rekord həddə yaxınlaşdıqca, argentinalılar ağcaqanadlara qarşı dərman almağın demək olar ki, qeyri-mümkün olduğunu deyirlər.
News24.az xəbər verir ki, dang bəzi hallarda ölümcül və ya ciddi xəstəliklərə səbəb ola bilən ağcaqanadlar tərəfindən ötürülən bir virusdur.
Dang qızdırması üçün hazırlanmış peyvənd var. Lakin hələ geniş yayılmadığı üçün insanların çoxu virusdan qorunmaq üçün profilaktik üsullara əl atırlar.
Bir çox supermarket və apteklərin girişində “Qoruyucu yoxdur” lövhələri asılıb. Ağcaqanadlara qarşı dərmanların e-ticarət mağazalarında satış qiymətləri astronomik səviyyəyə çatıb.
Hökumət “darboğaz” olaraq xarakterizə etdiyi bu problemin yaxın günlərdə həll olunacağını açıqlayıb.
Ancaq bir çox insan, xüsusən də paytaxt Buenos-Ayresdəkilər, artıq yüzlərlə argentinalıya təsir edən xəstəlikdən narahatdırlar.
Argentina Səhiyyə Nazirliyi şənbə günü ölkədə 2024-cü ilə qədər 163 min 419 dang qızdırması hadisəsinin olduğunu və ən yüksək ölüm nisbətinin 80 yaşdan yuxarı insanlarda olduğunu, ölümlərin bütün yaşlarda qeydə alındığını açıqladı.
Nazirlik insanlara kovucu vasitələrdən istifadə edərək milçək dişləməsindən çəkinməyi və xəstəlik əlamətləri yaranarsa həkimə müraciət etməyi tövsiyə edib.
Regional səhiyyə orqanları 3,5 milyondan çox hadisə və mindən çox ölüm hadisəsini qeydə aldı.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal istiləşmə və El-Ninonun dang qızdırması hallarının artmasına səbəb olduğu barədə xəbərdarlıq etmişdi.
Günel Məlikzadə