Hər kəsin soyadı 2531-ci ilə qədər eyni ola bilər
    • 6-04-2024, 15:35
    • 561

Hər kəsin soyadı 2531-ci ilə qədər eyni ola bilər

Yaponiyada evli cütlüklərin ayrı soyadlardan istifadə etməsinə icazə verilməsə, 500 il ərzində bütün Yaponiya vətəndaşları eyni soyada sahib olacaqlar.

News24.az xəbər verir ki, Tohoku Universitetinin iqtisadiyyat professoru Hiroşi Yoshida tərəfindən aparılan araşdırmada Yaponiyada cütlüklərin tək soyad seçmələrində israr etməsinə davam edəcəyi təqdirdə, 2531-ci ilə qədər hər bir yapon soyadının Sato-san olacağını proqnozlaşdırdı.

Yoşida proqnozlarının müxtəlif fərziyyələrə əsaslandığını etiraf etsə də, məqsədinin mövcud sistemin Yapon cəmiyyətinə potensial təsirlərini rəqəmlərlə izah edərək məsələyə diqqət çəkmək olduğunu bildirib.

Onu da qeyd edək ki, 2023-cü ilin martında aparılan araşdırmaya görə, Sato yapon soyadları siyahısına başçılıq edir. Ümumi əhalinin 1,5 faizini bu soyad təşkil edir. Suzuki soyadı isə ikinci yerdədir.

Günel Məlikzadə