Yapon alimləri superkompüter yaradacaq
    • 24-07-2023, 13:58
    • 232

Yapon alimləri superkompüter yaradacaq

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi 2024-cü ilə qədər mövcud modellərdən 2,5 dəfə güclü superkompüter yaratmaq planlarını açıqlayıb. 

News24.az xəbər verir ki, bu barədə TASS “Nikkei Asia” qəzeti məlumat yayıb.

Nazirlik yeni layihə üçün 32 milyard yen (təxminən 225 milyon dollar) büdcə ayırmaq niyyətindədir. Superkompüter Yaponiyada süni intellektin inkişafı və süni intellekt sahəsində tədqiqat və inkişafla məşğul olan şirkətlərə dəstək olmaq üçün istifadə olunacaq. Yeni superkompüter Yapon şirkətləri ilə Qərbin süni intellekt üzrə rəqibləri arasında fərqi aradan qaldırmağa kömək etməlidir.

Qeyd edilir ki, layihə nazirliyin tabeliyində olan tədqiqat mərkəzlərinin iştirakı ilə həyata keçiriləcək.

Aynurə