Bulqeyis Bağırova faciəvi şəkildə vəfat etdi
    • 8-04-2024, 10:20
    • 248

Bulqeyis Bağırova faciəvi şəkildə vəfat etdi

Şahbuz rayonunda qadın körpüdən yıxılıb. 

News24.az xəbər verir ki, hadisə rayonun Külüs kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Bağırova Bulqeyis Bağır qızı körpüdən çaya düşüb. Onun meyiti dünən gecə saatlarında kənd sakinləri tərəfindən çaydan tapılıb. 

Faktla bağlı araşdırma aparılır.