İdo Tatlısəsin oğlu əməliyyat olunacaq
    • 8-04-2024, 11:24
    • 232

İdo Tatlısəsin oğlu əməliyyat olunacaq

Derya Tuna və İbrahim Tatlısəsin oğlu İdo Tatlısəslə 2021-ci ildə ailə quran Yasemin Şefkatlı yanvarın 22-də əkiz körpələrini dünyaya gətirib. Əkizlərdən birinin adı İbrahim Ayel, digərinin adı isə Sinan Emir olub.

News24.az xəbər verir ki, lakin körpələrdən İbrahim Ayelin ürəyində problem olduğu və əməliyyat olunduğu məlum olub.

Müalicədən sonra xəstəxanada müşahidə altında saxlanılan və bir neçə gün əvvəl evə gedən körpə Ayellə bağlı Yasemin Şefkatlı, "Əslində Ayelin ürəyində problem olduğunu 21-ci həftədən bilirdik. Hər həftə müayinədən keçirdik. Biz doğulanda əməliyyat olacağını bilirdik. Burada əslində çoxlu yaxşı və pis şeyləri paylaşıram,amma bu problemi öz içimizdə həzm etdik və həllini tapmağa fokuslandıq. Biz doğuşdan sonrakı əməliyyatı eşidəndə çoxlu dualar və o qədər gözəl mesajlar aldıq ki, bu mənə güc verdi" dedi.

Yasemin Şefkatlı İbrahim Ayelin yenidən əməliyyat olunacağını açıqlayıb.

Günel Məlikzadə