Meral Akşener partiya sədrliyindən gedir
    • 8-04-2024, 12:08
    • 171

Meral Akşener partiya sədrliyindən gedir

Türkiyədə müxalifət olan İYİ Partiyasının sədri Meral Akşener növbədənkənar qurultayda sədrliyə namizəd olmayacağını açıqlayıb.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Meral Akşener öz sosial şəbəkə hesabında məlumat verib. 

"30 illik siyasi karyeram ərzində ölkəmizin gələcəyini, millətimizin əmin-amanlığını, dövlətimizin rifahını yaxından maraqlandıran bir çox məsələlərlə bağlı qərarlar verməli, münasibət bildirməli oldum. Bu qərarları qəbul edərkən şəxsi maraqlarımı, qısamüddətli potensial qazancımı və istənilən “cəlbedici” təklifləri bir kənara qoydum. Mən sahib olduğum mənəvi dəyərlərə, Cümhuriyyətimizin təməl prinsiplərinə və Türkiyənin ehtiyaclarına diqqət yetirdim. Allaha şükür qəbul etdiyim hər qərarın və qəbul etdiyim hər bir münasibətin düzgünlüyü həmişə qısa müddətdə olmasa da, zamanla sübuta yetirildi, - deyə xanım siyasətçi fikirlərini yekunlaşdırıb. 

Siyasətçi qərarının səbəbini hələ ki açıqlamayıb.