-
- 29-05-2023, 12:22
- 282
Müxalifət qarışdı: Meral Akşenerin istefası TƏLƏB EDİLİR
Milyonlarla Türkiyə vətəndaşının səbirsizliklə gözlədiyi seçkinin nəticəsi açıqlandı. “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan Türkiyədə ilk dəfə keçirilən səsvermənin ikinci turunda yenidən prezident seçildi. Ərdoğan 3 milyondan çox səslə Kamal Kılıçdaroğlunu növbəti dəfə məğlub etdi.
News24.az xəbər verir ki, Ərdoğanın qalib seçilməsindən sonra İYİ Partiya sədri Meral Akşener mətbuat konfransı keçirib. Davam edəcəyini ifadə edən Akşener bildirib:
“Bu gündən sonra millətimizin tələblərini dinləyəcəyik. Unutmayın ki, biz hələ də buradayıq. İYİ Partiya və onun üzvləri burada, TBMM-də, Türkiyədədir. Demokratik bir hüquqi dövlət olaraq Türkiyə Cümhuriyyətinin xüsusiyyətinə uyğun olaraq üzərimizə düşən vəzifələri yerinə yetirməyə davam edəcəyik”.
“6-lı masa” liderlərinin seçkidə böyük vədlər versə də qalib gəlməməsi partiyalarda gərginliyə səbəb olub. Artıq dünən axşamdan partiya üzvləri liderlərini istefaya çağırmağa başlayıblar. İstefa çağırışları İYİ Partiya cəbhəsində də səslənir.
Partiya Ümumi Qərargahı İntizam Komitəsinin sədri Ethem Baykal sosial media hesabında Meral Akşeneri istefaya çağırıb. “Hörmətli Meral Akşeneri istefaya dəvət edirəm”, - o qeyd edib.
Akqabay