Naibə Allahverdiyevanın SON DURUMU
    • 8-04-2024, 12:24
    • 487

Naibə Allahverdiyevanın SON DURUMU

Səhhətində problem yaranan və xəstəxanaya yerləşdirilmiş Xalq artisti Naibə Allahverdiyeva artıq evə buraxılıb. 

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, aktrisa hazırda vəziyyətinin yaxşı olduğunu deyib: 

"Müalicələrim evdə davam edir. Xəstəxanada qalmaq istəmədim. Öz istəyimlə məni evə buraxdılar. Çünki orada qala bilmirəm, ürəyim sıxılır. İndi bilmirəm necəyəm, hələ ki, müalicə alıram. Heç xəstəliyimin səbəbini də bilmirəm".