SON DƏQİQƏ! Naibə Allahverdiyevanın vəziyyəti ağırlaşdı - ÖZƏL
    • 4-04-2024, 15:50
    • 6 401

SON DƏQİQƏ! Naibə Allahverdiyevanın vəziyyəti ağırlaşdı - ÖZƏL

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problemlər yaranıb.

O, səhhəti ilə bağlı RTV-ə açıqlama verib. Xalq artisti hazırda 5 saylı kliniki xəstəxanada olduğunu qeyd edib: 

"Hazırda 5 saylı kliniki xəstəxanasınadayam. Həkimlərdən cavab gözləyirəm. Hansı infeksiya olduğunu hələ bilmirlər. Mən də gözləyirəm”. 

Qeyd edək ki, Naibə Allahverdiyeva Lent.az-a müraciət edərək xəstə olduğunu həkimlərin ona çarə tapa bilmədiyini deyərək kömək istəyib.

Naibə Allahverdiyeva müsahibəsində bildirib ki, 3 gündür çox ağır vəziyyətdədir və həkimlərdən kömək ala bilmir:

“Mən ölürəm, mənə kömək lazımdır. Daha nə şəkildə dərdimi başa salım?”, - deyə o qeyd edib.

Könül İbrahim