Bayram namazının saatı bəlli oldu
    • 8-04-2024, 14:35
    • 409

Bayram namazının saatı bəlli oldu

Azərbaycan məscidlərində Fitr bayramı namazı Əjdərbəy məscidində aprelin 10-u saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.

News24.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

Bayram namazı həmçinin digər məscidlərdə də 08:00 və 09:00-da qılına bilər. Namaz vaxtını məscid imamları camaatın istəyinə uyğun olaraq müəyyənləşdirə bilərlər.

Bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Fitr bayramı qeyd edilir.