Rusiyada 27 TERROR aktının qarşısı alınıb
    • 9-04-2024, 15:46
    • 134

Rusiyada 27 TERROR aktının qarşısı alınıb

2024-cü ildə Rusiyada nəqliyyat, yanacaq-energetika kompleksi və müdafiə sənayesi obyektlərində 27 terror aktının qarşısı alınıb.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb.

“Hakimiyyət və hüquq-mühafizə orqanları hava hücumundan müdafiə vasitələrinin təmin edilməsi və Rusiyanın yeni bölgələrinin təchizatı ilə məşğul olan obyektlərin təhlükəsizliyini gücləndirmək üçün tədbirlər görür. Vaxtında görülmüş tədbirlər nəticəsində belə obyektlərdə 27 terror aktının qarşısı alınıb”, - deyə idarənin məlumatında bildirilir.

Eyni zamanda, MAK-dan bildirilib ki, terrorçuların ehtimal olunan hədəfinə çevrilə biləcək obyektlərin mühafizəsi gücləndirilir. Bundan əvvəl, martın 28-də Rusiya Daxili İşlər Nazirliyinin Stavropol vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Mişaqin bildirmişdi ki, il ərzində 12 terror aktının qarşısı alınıb. Bundan başqa, Stavropol vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları il ərzində terror təşkilatlarında fəal iştirak edən 14 nəfəri saxlayıb.

Martın 19-da isə Rusiya prezidenti Vladimir Putin kəşfiyyat xidmətləri və hüquq-mühafizə orqanlarına MAK-ın koordinasiyası ilə bütün sahələrdə antiterror işini ciddi şəkildə gücləndirməyi tapşırıb.

Milli Antiterror Komitəsi həmçinin fevral ayında məlumat vermişdi ki, Rusiya hüquq-mühafizə orqanları Donbasın mühafizəsi üzrə xüsusi hərbi əməliyyat başlayandan bəri ölkədə 419 terror aktının qarşısını alıb. Rusiya Federal Təhlükəsizlik Bürosunun direktoru, MAK-ın sədri Aleksandr Bortnikov qeyd edib ki, cinayətkarlar internet vasitəsilə ruslar arasında işə cəlb olunub.