Qatilə 16 min ödədi, övladlığa götürdüyü uşaqların valideynlərini... - DƏHŞƏT
    • 9-04-2024, 19:50
    • 268

Qatilə 16 min ödədi, övladlığa götürdüyü uşaqların valideynlərini... - DƏHŞƏT

Proqram nəhəngi "Microsoft"da çalışan 42 yaşlı proqram mühəndisi qatillə sövdələşərək övladlığa götürdüyü uşaqların bioloji valideynlərini öldürməyə cəhd etdiyi üçün 7 il həbs cəzasına məhkum edilib.

News24.az xəbər verir ki, ABŞ-ın Yuta ştatında yaşayan Kristofer Pens cümə axşamı Nyu Yorkda məhkəmədə etiraf edib ki, 35 yaşlı kişi və 38 yaşlı qadının qətlini təşviq etmək üçün pul ödəyib.

Adları açıqlanmayan cütlük qətlə cəhddən sağ çıxa bilib.

661508d8155bc0d60844b36a.jpg (98 KB)

Pens FTB agentlərinə verdiyi açıqlamada sözügedən cütlüyün övladlığa götürdükləri uşaqları zorakılığa məruz qoyduğunu iddia edib və "qaranlıq şəbəkə" olaraq bilinən, internet dünyasında qeyri-qanuni fəaliyyətlər üçün istifadə edilən gizli forumlar vasitəsilə bir qatillə müqavilə bağladığını etiraf edib. Qətli addım-addım planlaşdırdığını deyən 42 yaşlı kişi müqaviləli qatildən özünü bacarıqsız oğru kimi göstərməsini istəyib və ödənişi kriptovalyuta ilə edib. Cinayət işində Pensin qətllər müqabilində qatilə 16 min dollar dəyərində bitkoin göndərdiyi göstərilib.

Pens 2021-ci il oktyabrın 27-də Yuta ştatında həbs edilib və o vaxtdan bəri həbsdədir. Müstəntiqlər 2021-ci ilin sentyabrında Pensin hədəf aldığı cütlüyü danışdırıblar.

66150927155bc0d60844b370.jpg (75 KB)

İş materiallarına görə, Pens ailənin beş uşağını övladlığa götürdükdən sonra iki ailə arasında mübahisə yaranıb və vəziyyət gərginləşib. Pens övladlığa götürdükdən sonra uşaqları doğma ailələrindən qoparmağa çalışıb, lakin cütlük onların arxasınca Texasa gedib. Övladlığa götürdüyü övladlarının anadangəlmə valideynləri tərəfindən işgəncələrə məruz qaldığını iddia edən 42 yaşlı proqram mühəndisi daha bunlara dözə bilmədiyi üçün belə bir qərara gəldiyini bildirib.//musavat