Bu şəxs ölkə tarixində ən gənc nazir seçiləcək
    • 9-04-2024, 22:23
    • 168

Bu şəxs ölkə tarixində ən gənc nazir seçiləcək

İrlandiyanın koalisiya hökumətinə daxil olan Fine Gael partiyasının yeni lideri Saymon Harris respublikanın baş naziri olacaq. 

News24.az xəbər verir ki, İrlandiya parlamentinin üzvlərinin əksəriyyəti buna səs verib.

Harrisin namizədliyini 88 deputat dəstəkləyib, 69 deputat əleyhinə olub. Beləliklə, 37 yaşlı siyasətçi ölkə tarixində ən gənc baş nazir olacaq.

Gün ərzində Harris İrlandiya prezidenti Maykl Hiqqinslə görüşəcək və hökumət başçısı kimi təsdiqlənəcək. Onun Nazirlər Kabinetində də dəyişiklik edəcəyi gözlənilir.

Mehriban Mirzəzadə