“Ukrayna yeni əks-hücum üçün plan hazırlayıb”
    • 9-04-2024, 23:27
    • 109

“Ukrayna yeni əks-hücum üçün plan hazırlayıb”


Ukrayna Rusiyaya qarşı yeni əks-hücum planı hazırlayıb.

News24.az APA-ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bild” nəşrinə müsahibəsində deyib.

“Bəli, əks-hücum planımız var. Biz mütləq qalib gələcəyik. Bizim alternativimiz yoxdur. Amma buna söz verib tarix açıqlaya bilmərəm”, - ölkə lideri vurğulayıb.

Onun sözlərinə görə, Bunun üçün Ukrayna Silahlı Qüvvələrinə ABŞ-dən və digər ölkələrdən silah lazımdır.