Çempionlar Liqası: İki oyunda on qol vuruldu
    • 10-04-2024, 10:32
    • 214

Çempionlar Liqası: İki oyunda on qol vuruldu

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

News24.az xəbər verir ki, bu gün 2 matç keçirilib. Hər iki qarşılaşma heç-heçə bitib.

"Arsenal" evdə "Bavariya"nı üstələyə bilməyib - 2:2.  Digər matçda isə "Real" "Santyaqo Bernabeu"da "Mançester Siti" ilə bərabərə qalıb - 3:3.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması apreli 17-də oynanılacaq.

Əlavə edək ki, 1/4 finalın digər iki ilk oyunu sabah keçiriləcək.

9 aprel

23:00. "Arsenal" - "Bavariya" - 2:2

Qollar: Saka, 12, Trossard, 76 - Qnabri, 18, Keyn, 32-pen.

"Emitares" stadionu

23:00. "Real" - "Mançester Siti" - 3:3

Qollar: Dias, 12-avtoqol; Rodriqo, 14, Valverde, 79 - Silva, 2, Foden, 66, Qvardiol, 71

"Santyaqo Bernabeu" stadionu