Meyiti kənddə basdırmağa icazə vermədilər - VİDEO
    • 10-04-2024, 23:09
    • 1 952

Meyiti kənddə basdırmağa icazə vermədilər - VİDEO

Türkiyədə baş vermiş qətlin tükürpədici detalları üzə çıxıb.

News24.az Oxu24.com-a istinadən xəbər verir ki,Mersində ana və oğlunun evdə, atanın isə avtomobildə yanmış vəziyyətdə meyiti tapılıb.

Ana Nurgülün və oğlu Emrullah Kayanın qismən yanaraq öldüyü müəyyən edilib. Ata Neşet Kayanın tamamilə yanmış cəsədi evdən 4 kilometr aralıda avtomobildə tapılıb. Hadisənin eyni məhəllədən olan H.E. adlı şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Həbs edildikdən sonra Mersin E Tipi Qapalı Həbsxanasına göndərilən qətl şübhəlisi H.E.-nin dünən gecə qaldığı təkadamlıq kamerada intihar edib.

H.E-nin alt köynəyini və maykasını cıraraq özünü asdığı müəyyən edilib.

Qətl şübhəlisinə cənazəsinin hadisə baş verən kənd sakinləri tərəfindən qəbul edilməyəcəyi bildirildikdən sonra o, Mersinin mərkəzindəki Çiftlik kənd qəbiristanlığında dəfn edilib.