Bu ölkələrin şirkətləri qara siyahıya salındı
    • 10-04-2024, 18:16
    • 101

Bu ölkələrin şirkətləri qara siyahıya salındı

ABŞ Ticarət Departamenti Rusiyadan üç, Çindən altı və Birləşmiş Ərəb Əmirliklərindən daha iki şirkətə ixrac məhdudiyyəti tətbiq etmək qərarına gəlib. 

News24.az xəbər verir kİ, bu barədə Amerika hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə yerləşdirilən bildirişdə deyilir.

Məlumata görə, ABŞ Ticarət Departamentinə daxil olan Sənaye və Təhlükəsizlik Məsələləri Bürosu bildirir ki, təşkilatlar ABŞ hökumətinin qiymətləndirməsində ABŞ-ın milli təhlükəsizlik və ya xarici siyasətinin maraqlarına zidd hərəkət edir. Siyahıya Rusiyanın UEC-STAR, Delta Aero və Aerosila şirkətləri daxil edilib. 

Mehriban Mirzəzadə