Ermənistanın Eurovision mahnısı oğurluqdur?
    • 11-04-2024, 17:40
    • 275

Ermənistanın Eurovision mahnısı oğurluqdur?

İllik "Eurovision" mahnı müsabiqəsinə bir aydan az vaxt qalıb. Mayın 7-də İsveçin Malmö şəhərində keçiriləcək müsabiqənin namizədləri və mahnıları bəlli olub.

News24.az xəbər verir ki, Ermənistanı bu il Eurovision Mahnı Müsabiqəsində təmsil edəcək Ladanivanın mahnısı ilə 1976-cı ildə çəkilmiş "Süd Qardaşları" filminin mövzu musiqisi arasında oxşarlıq diqqət çəkib.

Bu oxşarlıq tez bir zamanda sosial mediada trend mövzusuna çevrildi.

İki mahnının oxşar olub-olmaması məsələsi sosial media istifadəçilərini iki yerə bölüb.

Bəziləri bu iki mahnının həqiqətən də oxşar olduğunu desələr də, digərləri heç bir əlaqəsi olmadığını iddia edirdilər.

Mahnılara qulaq asaraq qərarı siz verin.

Günel Məlikzadə