Everestdə mövsümünün ilk ölümü
    • 17-05-2024, 16:30
    • 157

Everestdə mövsümünün ilk ölümü

Monqolustan alpinistinin cəsədinin Everestdən endirildiyi və həftəsonundan itkin düşmüş daha bir alpinistin axtarıldığı açıqlanıb.

News24.az xəbər verir ki, Monqol alpinistinin ölümü cari dırmanma mövsümündə Everestdə təsdiqlənmiş ilk ölümdür.

İki Monqolustan alpinisti dünyanın ən hündür dağını fəth etmək üçün ötən həftə sonu 8000 metr yüksəklikdəki son düşərgəsindən yola düşüb.

Monqollara baza düşərgəsinə dəstək xidmətləri göstərən 8K Expedition-dan Pemba Sherpa, xilasetmə qruplarının Cənub Zirvəsindən təxminən 8600 metr aşağıda bir cəsədi çıxardıqlarını söyləyib. Onun ölümünün təfərrüatları qeyri-müəyyən olaraq açıqlanıb.

BİZ DİGƏR ALPİNİSTİ AXTARIRIQ

Pemba Reuters agentliyinə deyib: “Xilasetmə qrupları eyni ərazidə digər alpinisti axtarır". 

Pis hava və güclü külək təhlükəli dərəcədə aşağı oksigen səviyyəsinə görə ölüm zonası kimi tanınan zirvənin altında itkin düşmüş alpinistlərin axtarışlarına mane olub.

Günel Məlikzadə