Binəqədidə yük və minik maşınları toqquşdu - ÖLƏN VAR
    • 12-04-2024, 10:56
    • 222

Binəqədidə yük və minik maşınları toqquşdu - ÖLƏN VAR

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Novxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.

Belə ki, 09.04.2024-cü il tarixdə saat 14:00 radələrində Qarayev Mübariz Nizami oğlu idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Allahverdiyev Mahir Adif oğlunun idarə etdiyi “Kia-sorenta” markalı avtomobil toqquşub.

Nəticədə hər 2 sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Sumqayıt şəhər Təcili Yardım xəstəxanasına yerləşdirilib.

M.Allahverdiyev 09.04.2024-cü il tarixdə saat 18:00-da aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır. (Qafqazinfo)