Keçmiş futbolçunun həyat yoldaşı canına qəsd etdi - VİDEO
    • 12-04-2024, 11:37
    • 176

Keçmiş futbolçunun həyat yoldaşı canına qəsd etdi - VİDEO

Keçmiş milli futbolçu Emre Aşığın keçmiş həyat yoldaşı Yağmur Sarnıç bu gün Beylikdüzü Kavaklı səmtindəki evində çəkdirdiyi və sosial media hesabında paylaşdığı videoda intihar edəcəyini bildirib.

News24.az xəbər verir ki, xəbər üzərinə iqamətgaha gedən polis işçiləri Yağmur Sarnıçın həddindən artıq antidepresan dərman istifadə edərək intihara cəhd etdiyini müəyyən edib.

Hadisə yerinə gələn tibb işçiləri göstərdiyi ilk tibbi yardımdan sonra Sarnıç ehtiyat tədbiri olaraq Beylikdüzü Dövlət Xəstəxanasına aparılıb.

Yağmur Sarnıçın həyatının təhlükədə olmadığı öyrənilərkən, polis qrupları hadisə ilə bağlı işlərini davam etdirir.

Günel Məlikzadə