Məşhur idmançı öldü - FOTO
    • 12-04-2024, 12:07
    • 269

Məşhur idmançı öldü - FOTO

ABŞ-ın ən məşhur Amerikan futbolu oyunçularından biri olan O.J. Simpson 76 yaşında vəfat edib.

News24.az xəbər verir ki, ailəsindən verilən açıqlamada bir müddətdir xərçəng xəstəliyindən müalicə olunan Simpsonun uşaqları və nəvələrinin yanında olarkən dünyasını dəyişdiyi bildirilib. 

Xatırladaq ki, O.J. Simpson 1994-1995-ci illərdə keçmiş həyat yoldaşı Nikol Braun və onun dostu Ron Qoldmanın qətlinə görə mühakimə olunub. Bütün dünyada rezonans doğuran dava nəticəsində keçmiş idmançı ittihamlardan bəraət almışdı.

Günel Məkikzadə