Kəlbəcərdə selin apardığı sürücünün meyiti tapıldı
    • 12-04-2024, 16:55
    • 674

Kəlbəcərdə selin apardığı sürücünün meyiti tapıldı

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

News24.az  xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.