-
- 15-04-2024, 10:10
- 183
İngiltərə və Fransadan İsrailə dəstək
İranın İsrailə hücumundan sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası təcili iclas keçirib.
News24.az xəbər verir ki, çıxış edən İngiltərənin BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord da İranı İsrailə hücumlarına görə qınayıb. Tehranın bu hücumlara görə məsuliyyət daşımalı olduğunu müdafiə edib.
Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolas de Rivyer də İsraili tam dəstəklədiklərini və İranı şiddətlə qınadıqlarını bildirib. Fransa təmsilçisi İranın BMT Təhlükəsizlik Şurası qarşısında məsuliyyət daşıması üçün səy göstərəcəklərini bildirib.
Günel Məlikzadə