"Bu, xüsusi axşam ola bilər"
    • 15-04-2024, 17:54
    • 263

"Bu, xüsusi axşam ola bilər"

"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində evdə PSJ-yə qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.

News24.az Fanat.Az-a istinadla xəbər verir ki, 44 yaşlı mütəxəssisin dediklərini AS belə çatdırıb:

"Bu, hamımız üçün əla fürsət ola bilər. "Kamp Nou"da olmasa da, evdə oynayırıq. Luis Enrike (PSJ-nin baş məşqçisi - Fanat.Az-ın qeydi) komandasının pressinq etməsi və müdafiə xəttimizə təzyiq göstərməsi üçün bacardığını əsirgəməyəcək. Enrike dünyanın ən yaxşı məşqçilərindən biridir və onun rəhbərliyi altında PSJ-nin necə təsir bağışladığını görürəm. Bu oyundan gözləntilərimiz böyükdür. Bu, xüsusi axşam ola bilər".

Xatırladaq ki, tərəflərin ilk duelində "Barselona" 3:2 hesablı qələbə qazanıb.