İlk internet saytı 33 yaşında
    • Bu gün, 14:55
    • 66

İlk internet saytı 33 yaşında

İngilis alimi Tim Berners-Li 33 il əvvəl, 6 avqust 1991-ci ildə "World Wide Web" (www) layihəsini təqdim edən mətnin daxil olduğu ilk veb-saytı açıb.

News24.az xəbər verir ki, hərbi və akademik araşdırmalar üçün məhdud çıxışla həyata keçirilən internet, ticarətdən təhsilə, əyləncədən nəqliyyata qədər həyatın demək olar ki, hər sahəsini yenidən formalaşdıran texnoloji inkişaf olaraq ön plana çıxıb.

İngilis alimi Tim Berners-Li-nin “World Wide Web” (www) layihəsini təqdim edən mətni özündə əks etdirən ilk internet saytı 20 dekabr 1990-cı ildə nəşr olunub.

O zaman yalnız İsveçrədəki Avropa Nüvə Tədqiqatları Mərkəzindən (CERN) daxil olmaq mümkün olan internet saytı hələ “www” kimi fəaliyyət göstərmirdi.

İLK NÜMUNƏ

Berners-Li "World Wide Web" layihəsini təqdim edən bu saytı 6 avqust 1991-ci ildə kənar şəxslərə açanda bu gün istifadə edilən internet səhifələrinin ilk nümunəsi ortaya çıxıb.

Beləcə, dövrün ən böyük ixtiralarından biri sayılan internet insanlar arasında ünsiyyətdən ticarətə, təhsilə, nəqliyyata kimi həyatın bütün sahələrində ən çox istifadə edilən alətə çevrilib.

Qeyd edək ki, sosial media platformalarının artması ilə internet onlayn icmalar yaratmaq və şəxsi məzmunu paylaşmaq üçün bir fürsətə çevrilib. Son 33 il ərzində internet daim inkişaf edən və gündəlik həyatın hər aspektinə inteqrasiya edən dinamik bir ekosistemə çevrilib. 

Günel Məlikzadə