Tramvay 10-a yaxın avtomobilə ÇIRPILDI - VİDEO
    • Bu gün, 15:08
    • 89

Tramvay 10-a yaxın avtomobilə ÇIRPILDI - VİDEO

Kiyevin Qlubochitskaya küçəsində tramvayın iştirakı ilə ağır qəza baş verib. 

News24.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Materialda qeyd olunur ki, tramvay dağdan aşağı enərkən yolda olan 10-a yaxın avtomobilə çırpılıb. Bundan başqa, nəqliyyat vasitəsi ona doğru hərəkət edən başqa bir tramvayla da toqquşub.

Qəzanın konkret səbəbi hələki bilinmir. Hazırda baş verənlərlə bağlı iki versiya var - ya tramvayın əyləci sıradan çıxıb, ya da içəridə ümumiyyətlə sürücü olmayıb.

Eyni zamanda, Kiyev Şəhər Hərbi Administrasiyasının mətbuat xidmətinin Telegram kanalında fövqəladə hadisə nəticəsində 6 nəfərin xəsarət alması barədə məlumat yayılıb. Onlardan üçü xəstəxanaya yerləşdirilib.

Məryəm İlhamqızı