Super Liqanın bombardiri: Metin Oktay birinci, İkardi isə son qolçu oldu
    • Bu gün, 14:42
    • 99

Super Liqanın bombardiri: Metin Oktay birinci, İkardi isə son qolçu oldu

Qalatasaray-lı Metin Oktay 6 mövsümlə ən çox qol vuran futbolçu adını qazanarkən, Tanju Çolak isə "Qalatasaray"da vurduğu 39 qolla "bir mövsümdə ən çox qol vuran futbolçu rekordu"na sahibdir.

News24.az xəbər verir ki, Liqanın ilk bombardiri “Qalatasaray”dan Metin Oktay, sonuncu isə sarı-qırmızılılardan olan Mauro İkardi olub.

Liqanın ilk bombardiri də olan “Tacsız Kral” Metin Oktay cəmi 6 mövsüm bu titulu alaraq adını tarixə qızıl hərflərlə yazdırdı: 1959, 1959-60, 1960-61, 1962- 63, 1964-65 və 1968.

Metin Oktaydan sonra 5 mövsümlə Tanju Çolak, hər biri 3 mövsümlə Cəmil Turan, Aykut Kocaman və FETÖ-dən qaçan Hakan Şükür gəlir.

Qeyd edək ki, Qalatasaray 18 mövsümlə heyətində bu titulla ən çox oyunçuya sahib komanda olub.

Digər çempionat komandaları arasında Fənərbaxça 16 mövsüm, Trabzonspor 5, Beşiktaş və Bursaspor isə 4 mövsümdə liqanın bombardiri olub.

Samsunspor, Əskişəhərspor və MKE Ankaragücü hərəyə 3, Adanaspor və Kayserispor 2, Ankara Dəmirspor, Göztəpə, Altay, Sakaryaspor, Konyaspor, Sivasspor, Alanyaspor, Hatayspor və Kasımpaşa isə hərəyə 1 bombardir olub.

Günel Məlikzadə