-
- 16-04-2024, 12:05
- 290
Paşinyanın arvadının 1 milyonluq “sirli” görüşü: rüsvay oldu – FOTO
Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın “Armas” şərab zavodunda təşkil etdiyi “sirli” şam yeməyi erməni mediasında müxtəlif aspektlərdən dəyərləndirilib.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, yerli KİV-lərin əldə etdiyi məlumata görə, erməni iş qadınlarına 1 milyon dram ödəmək müqabilində A.Akopyanla şam yeməyinə qatılmaq təklif olunub. “Sirli” şam yeməyi qapalı formatda keçirilib və daha sonra 40 qadının yer aldığı klip yayımlanıb.
Erməni mediası şam yeməyində yığılan məbləğin sahibkar qadınların fəaliyyətinə yönəldiləcəyini, lakin gözlənildiyindən az sayda iş qadınının qatıldığını qeyd edib.
“Yayımlanan videodan görünür ki, iştirakçıların sayı 40 nəfərə yaxındır. Lakin bunların çoxu işgüzar xanımların qızları, köməkçiləri, əməkdaşları, qohumları, Anna Akopyanın işçiləridir. Qadınlar nəinki nahar edib, hətta sərxoş olub rəqs edib, əyləniblər”, – KİV yazıb.