Yeni epidemiya:
    • 16-04-2024, 13:46
    • 265

Yeni epidemiya: "Qırmızı göz" xəstəliyi

Uqanda Səhiyyə Nazirliyinin açıqlamasında “qırmızı göz” xəstəliyinin ölkə daxilində artdığı qeyd edilib.

News24.az xəbər verir ki, son 3 həftədə yoluxma sayının 954-dən 7 min 596-ya yüksəldiyi bildirilib.

Həbsxanalarda, məktəblərdə, xəstəxanalarda artan halların Kampala, Arua, Mbale və Kaqadi kimi bölgələrdə cəmləşdiyi qeyd edilib.

Səhiyyə mütəxəssisləri "qırmızı göz" xəstəliyinin fabriklər, bazarlar, meydanlar kimi mühitlərdə və əhalinin sıx olduğu şəhərlərdə sürətlə yayıldığı barədə xəbərdarlıq edib.

Mütəxəssislər “qırmızı göz” xəstəliyindən əziyyət çəkən insanlara qara eynək taxmağı tövsiyə edərək, bu insanların çarpayılarını və istifadə etdikləri əşyaları bir-birindən ayırmalı olduqlarını vurğulayıblar.

Günel Məlikzadə