Qara çay tədarükündə Qırmızı dəniz maneəsi
    • 13-02-2024, 16:50
    • 102

Qara çay tədarükündə Qırmızı dəniz maneəsi

Britaniya Pərakəndə Satıcılar Assosiasiyası (BRC) yemək və Davamlılıq Direktoru Andrew Opie qara çay tədarükündə müvəqqəti fasilələr gördüklərini ifadə edərək, "Biz bunun istehlakçılara təsirinin məhdud olacağını düşünürük, çünki pərakəndə satışçılar geniş miqyaslı bir çətinlik gözləmirlər" dedi. 

News24.az xəbər verir ki, İngiltərənin ən böyük bazar zəncirlərdən biri olan Sainsbury's də istehlakçılara ölkə daxilində çay tədarükündə fasilələr olduğu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Qırmızı dənizdə gərginlik artmaqda davam edir.

Günel Məlikzadə