Misirin xarici işlər naziri Türkiyəyə gedir
    • 16-04-2024, 13:56
    • 217

Misirin xarici işlər naziri Türkiyəyə gedir

Misirin xarici işlər naziri Samih Şükri həftə sonu Türkiyəyə gedir.

News24.az xəbər verir ki, Ankara Qəzzada insan faciəsinə son qoymaq və bölgədə gərginliyin artmasının qarşısını almaq üçün diplomatik təşəbbüslərini davam etdirir.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, xarici işlər naziri Hakan Fidan ilə misirli həmkarı arasında keçiriləcək görüşün əsas gündəmi Qəzza olacaq.

Görüş zamanı Qəzzadakı son vəziyyət, eləcə də bölgədəki son hadisələr və danışıqlarda mövcud vəziyyət müzakirə olunacaq.

Günel Məlikzadə