İran: "Bütün hava limanları açıqdır"
    • 16-04-2024, 14:01
    • 77

İran: "Bütün hava limanları açıqdır"

Tesnim Xəbər Agentliyi İran Hava Limanları Şirkətinin yazılı açıqlamasını yayıb.

News24.az xəbər verir ki, açıqlamada, "Hazırda ölkənin hava limanlarında uçuş məhdudiyyəti yoxdur. İrandan bütün istiqamətlərə uçuşlar açıqdır və bununla bağlı heç bir problem yoxdur" ifadələrdən istifadə edilib

Qeyd edək ki, aprelin 13-də İranın İsrailə hücumundan sonra ölkədə uçuşlar bir müddət təxirə salınıb.

Günel Məlikzadə