İsrailə ixrac davam edir?
    • 16-04-2024, 15:03
    • 189

İsrailə ixrac davam edir?

Türkiyə Ticarət Nazirliyi qadağa çərçivəsində məhsulların İsrailə ümumiyyətlə ixrac edilmədiyini ifadə edib.

News24.az xəbər verir ki, nazirliyin sosial media hesabında edilən paylaşımda “İsrailə qadağan olunmuş məhsulların ixracı davam edir” iddialarına cavab verilib.

Yazıda “Aprelin 9-u saat 09:00-dan etibarən İsraillə ixrac məhdudiyyətinə məruz qalan 54 məhsul qrupunda 1019 adda məhsul gömrükümüzdə qeydiyyata alınmayacaq” deyə bildirilib.

Sözügedən 1019 məhsulun hətta anbarlar, sərbəst zonalar, müvəqqəti saxlama yerləri və tranzit ticarəti vasitəsilə İsrailə daşınmasının məhdudiyyətin əhatə dairəsinə daxil edildiyi vurğulanıb.

Günel Məlikzadə