Türkiyə HƏMAS ilə danışıqlar aparacaq
    • 16-04-2024, 16:22
    • 80

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Türkiyə bu məqsədlə Qəzza zolağında nizamlanmaya nail olmaq üçün səylərini gücləndirir, xarici işlər naziri Hakan Fidan əmirliyin səlahiyyətliləri və radikal Fələstin hərəkatının HƏMAS rəhbərliyi ilə danışıqlar aparmaq niyyətindədir.

News24.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Qətər Şeyxi Təmim bin Həməd Al Tani ilə telefon danışığında İslam dünyasının İsraili cilovlamaq üçün səylərini gücləndirməyin zəruriliyindən danışıb.

Bildirilib ki, Türkiyə XİN başçısı bu ölkədə Qətər əmiri və HƏMAS-ın rəhbərliyi ilə danışıqlar aparacaq.

Bundan başqa, Ankara Qəzza üzrə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Təmas Qrupunun fəaliyyətini canlandırmaq niyyətindədir.

Həmçinin Qərb ölkələri İsraili dəstəkləsələr də, onun İrana qarşı cavab zərbəsi endirəcəyindən qorxurlar və bununla bağlı narahatlıqlarını Türkiyəyə bildirdikləri qeyd olunub.

Mehriban Mirzəzadə