Aytən Səfərova ağır yol qəzası keçirtdi - VİDEO
    • 17-04-2024, 09:38
    • 690

Aytən Səfərova ağır yol qəzası keçirtdi - VİDEO

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

News24.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.



***

Teleaparıcı Aytən Səfərova yol qəzası keçirib.

News24.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Məlumata görə, aparıcının idarə etdiyi avtomobil Xətai rayonu, Xudu Məmmədov küçəsində digər maşınla toqquşub.

Qəza nəticəsində digər avtomobildə olan 5 nəfər xəsarət alıb. Yaralılar Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin, 18 yaşlı oğlanın vəziyyəti ağırdır. A. Səfərova isə yüngül xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Bildirilib ki, yaralılardan 3 qız, ikisi oğlandır.