Bir kliklə 10 milyonunu itirdi
    • 17-04-2024, 10:30
    • 95

Bir kliklə 10 milyonunu itirdi

Konyanın Ereğli rayonunda yaşayan iş adamı Alaaddin A.-nın 1 il əvvəl İtaliya səfəri zamanı istifadə etdiyi cib telefonuna "Telefonunuza virus bulaşıb" bildirişi gəlib.

News24.az xəbər verir ki, sonra “Virus aradan qaldırma proqramını yükləyin” təlimatlarına əməl edərək, Alaaddin A. proqramı yükləyib.

Telefonunu Ereğlidə təmirçiyə qoyan iş adamı daha sonra bankdan həqiqəti öyrənib. Hesabından 9 milyon 850 min TL pulun hissə-hissə çıxarıldığını öyrənən Alaaddin A. polisə gedərək cinayət işi açıb.

Günel Məlikzadə