Dubay su altında qaldı - VİDEO
    • 17-04-2024, 12:49
    • 152

Dubay su altında qaldı - VİDEO

BƏƏ-nin ən məşhur turizm şəhəri Dubayda güclü yağışlar yağıb.

News24.az xəbər verir ki, sakinlər təbii fəlakətin görüntülərini sosial şəbəkələrdə paylaşıblar.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Milli Meteorologiya Mərkəzi çərşənbə axşamı son 75 ilin ən yüksək yağıntısını qeydə alıb. 

Mərkəzin məlumatına görə, Əbu-Dabi əmirliyinin şərqində, BƏƏ-nin iqlim və informasiya meteorologiya stansiyasının yerləşdiyi Əl-Ayn şəhərində 24 saatdan az müddətdə 254,8 mm yağış yağıb.

“Ölkə öz iqlim tarixində müstəsna bir hadisənin şahidi oldu”,- məlumatda qeyd olunub.

Mehriban Mirzəzadə