Vəzifəyə başladığı gün ürəktutmadan ÖLDÜ
    • 17-04-2024, 19:06
    • 272

Vəzifəyə başladığı gün ürəktutmadan ÖLDÜ

Bursada 31 mart yerli seçkilərində 96 səslə seçilən kənd muxtarı bu gün dünyasını dəyişib.

News24.az Unikal-a istinadən xəbər verir ki, Osmanqazi mahalının Gökçeören rayonundan seçilən Emin Batmazın ürəktutmadan öldüyü deyilir. 

51 yaşlı muxtar bu gün qeydiyyat sənədini alaraq vəzifəsinin icrasına başlamalı idi.