-
- 17-04-2024, 17:49
- 8 522
10 tələbə faciəvi şəkildə öldü
Omanda daşqın nəticəsində 18 nəfər ölüb.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, ötən Bazar günüdən bəri yağan güçlü yağışlar daşqına səbəb olub. Ölkənin bir çox bölgələri su altında qalıb.
Oman Milli Fövqaladə Halların İdarə Edilməsi Komitəsinin verdiyi açıqlamaya görə, fəlakət nəticəsində 18 nəfər həyatını itirib. Onlardan 10 nəfər avtomobillə sürüklənən tələbələr olub.
Hazırda bütün Körfəz ölkərində güclü yağışlar müşahidə olunur. Hətta Birləşmiş Ərəb Əmirliklərində son 75 ilin ən yüksək yağıntı miqdarı qeydə alınıb. Leysan yağışlarının nəticəsində uçuşların təxirə salınması, distant təhsilə keçid halları və s. qeydə alınıb.