2101 nəfər deportasiya ediləcək
    • 17-04-2024, 21:00
    • 105

2101 nəfər deportasiya ediləcək

Türkiyə Daxili İşlər Naziri Əli Yerlikaya Ramazan bayramı (6-14 aprel 2024-cü il tarixləri arasında) günlərində koordinasiya altında 103-ü İstanbulda olan 162 Səyyar Köç Nöqtəsi vasitəsi ilə 30 böyük şəhərin hamısında yoxlamalar aparıldığını açıqladı. 

News24.az xəbər verir ki, yoxlamalar zamanı 40 min 892 əcnəbinin şəxsiyyət məlumatları yoxlanılıb. Onlardan 2 min 101-nin qeyri-qanuni mühacir olduğu müəyyən edilib.

Tutulan qeyri-qanuni immiqrantlar İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib və dərhal deportasiya prosedurlarına başlanılıb.

Günel Məlikzadə